Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Kəlbəcər rayon Təşkilatının yaranmasının 30 illik yubleyi qeyd olunub.

28 noyabr 2023 | 16:45

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP fəalları iştirak edib.

İlk öncə tədbir iştirakçıları İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan bəhs edən video-çarx tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə çıxış edən  Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayonunda yaranmasının 30 ili tamam olur. Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində zamanın tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranmışdır. Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələr, zəfərlər partiyasına çevrilmişdir.

YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin də dediyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır. Ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 31 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Bu gün ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyd-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir

Daha sonra çıxış edən natiqlər Hikmət Bağırov, Şəlalə Məmmədova və Ramin Salmanov vurğulayıblar ki, partiya yarandığı ilk gündən hər zaman əsas məqsədi dövlətin suverenliyinin təmin olunması, xalqın rifahının yüksəldilməsi və torpaq bütövlüyümüzün təmin edilməsi olub. Hazırda da partiyanın məhz ən böyük uğuru bizim zəfərimiz, 44 günlük müharibədə və antiterror əməliyatlarında düşmənə qalib gələrək torpaqlarımızın işğaldan azad olunmasıdır. Eyni zamanda qeyd olunub ki, öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyasının ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr vermişdir. Sonda  partiya vəsiqələri yeni üzvlərə təqdim edilmiş, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəallarına fəxri fərmanlar verilmişdir.

Keçidlər