"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
24 aprel 2024 | 12:52
Ağacəkmə aksiyasında Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,RİH-in məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, Uşaq Səfirləri Məclisinin Kəlbəcər üzrə könüllüləri iştirak ediblər.
Qeyd edək ki,Aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdiriləcəkdir.