"Yaşıl dünya naminə həmrəylik ili"ilə bağlı “Təbiəti qorumaq, gələcəyi qorumaqdır” mövzusunda tədbir keçirilib.
14 oktyabr 2024 | 13:02
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-nin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra mövzu ətrafında çıxışlara başlanılıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli məqsədilə görülən işlərdən danışıb və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlar verib.
Bildirib ki, ölkəmizdə yeni texnologiyaların və rəqəmsallaşdırmanın tətbiqini sürətləndirərək tullantılardan səmərəli istifadə və təkrar emal proseslərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, çirkab sularının idarə olunması, eləcə də yaşıl enerji mənbələrindən,bərpa olunan enerji resurslarından istifadə istiqamətində fəaliyyətini genişləndirib və ekoloji məsuliyyətin daha da artırılmasında vacib addımlar atılıb.Rayon rəhbəri onuda vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyası ölkəmizin dünyada artan nüfuzundan, ölkəmizə olunan inam və etimaddan, eləcədə Azərbaycanın sürətli inkişafından və beynəlxalq aləmdə tutduğu aparıcı roldan xəbər verir.