Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibətilə idarə və müəssisələrdə silsilə tədbirlər keçirilib

07 noyabr 2026 | 12:33

8 Noyabr – Zəfər Günü münasibətilə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaət, eləcə də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin siyasi, hərbi və tarixi əhəmiyyəti ətraflı şəkildə diqqətə çatdırılıb.

Çıxışlarda 8 Noyabr Zəfərinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğu, xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qüdrətinin təntənəsinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda mühüm mərhələ olmaqla, ölkəmizin gələcək inkişafı və dövlətçilik tarixində əbədi yaşayacaq.

Həmçinin Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib, qazilərimizin və müharibə iştirakçılarının göstərdikləri igidlik, fədakarlıq və vətənpərvərlik nümunələri xüsusi qeyd olunub.

Tədbirlərdə Zəfər Gününün tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılmasının, milli-mənəvi dəyərlərin qorunmasının, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi xalqımızın şanlı Zəfər tarixinin təbliği, milli birlik və həmrəylik ruhunun daha da möhkəmləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçidlər