Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

                                    Abdullayev Rasim Yaqub oğlu (Tibb xidməti Polkovnik-leytenantı)         

                                                                                     (1975-2020)                                                                                      

Abdullayev Rasim Yaqub oğlu 21 fevral 1975-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu olaraq vəzifəsinə başlamışdır.
İlk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olmuşdur. 2010-cu ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı və  2015-ci ildə  isə "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı ilə təltif edilmişdir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışmışdır.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı qızğın nöqtələrdə yaralı zabitlərə yerindəcə tibbi yardım göstərmişdir. Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilmiş və Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə — Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunmuş və Vətən müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirmişdir.
     2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur. Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Qarabağ münaqişəsi tarixinə münaqişəyə son qoyan Vətən müharibəsi kimi yazılan bu hərbi əməliyyatları zamanı polkovnik-leytenant Rasim Abdullayev "N" saylı hərbi hissənin tibb bölüyünün komandiri idi. O, Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış yaralılara yerindəcə tibbi yardım göstərmiş və şəhid olduğu günə, yəni Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanındaca tibbi yardım göstərmişdi. Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələri, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı Komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev öz istəyi ilə və bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını pusquya düşür. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev şəhid olmuşdur. Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. 
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

                                                      Cəfərov Zaur Hüseyn oğlu  (Polkovnik-leytenant)                                                                                     (1980-2020)

Cəfərov Zaur Hüseyn oğlu 04 mart 1980-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil almışdır. 2001-ci ildə ali hərbi məktəbi bitirərək həmin il Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Leytenant Zaur Cəfərova Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 01.10.2001-ci il tarixindən 28.07.2002-ci il tarixinə kimi fəaliyyət göstərən zabit ixtisas kursundan keçmişdir.
    Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir.
    Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0109t №-li 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı,  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, 26 iyun 2014-cü il tarixli 0199t №-li əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə və 0204t №-li əmri ilə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.
    2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər  zamanı Zaur Cəfərov  yaxından iştirak edirdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 087t №-li 12 may 2016-cı il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə təltif olunmuşdur.
    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə "hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Təhsilini bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilmişdir.
     Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı və  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
    Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
    2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulması zamanı Zaur Cəfərov "N" saylı hərbi hissənin qərargah rəisi idi və döyüşlərdə yaxından iştirak edirdi.
      Z.Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən minaya düşərək şəhid olmuşdur. Zaur Cəfərov 19.10.2020-ci il tarixdə Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

                                                                                 Azər Əmrah oğlu Mikayılov

                                                                                            (1980-2020)

Mikayılov Azər Əmrah oğlu 1 avqust 1980 ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıblar. 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil aldı. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın N saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov əməliyyatlarda yaxından iştirak edirdi.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yaxından iştirak etmişdir. A.Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına  şəhid olmuşdur. Ailəli idi. 12 oktyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamına əsasən "Qarabağ" ordeni,  “Vətən uğrunda” və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

                                                               Atayev Nicat Habil oğlu                                                                                 (1994-2020) 

Atayev Nicat Habil oğlu 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olmuşdur. O, II Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və sentyabrın 27-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində Şəhid olmuşdur. Bakı şəhəri II Şəhidlər Xiyabanında dəfn olunub. N.Atayevə ölümündən sonra Azərbaycan  cənab İlham Əliyevin Sərəncamına əsasən  "Vətən uğrunda" medalı, Xocavəndin azad olunmasına görə" və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir.   

                                                                        Şəfiyev Daşqın Hidayət oğlu                                                                                                    (1989-2020)

Şəfiyev Daşqın Hidayət oğlu 22 avqust 1989-cu ildə anadan olub. 1995-ci ildə Samux rayon orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Daşqın Şəfiyev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

                                                                     Əmrahov Saməddin Şamil oğlu

                                                                                     (1978-2020)

 Əmrahov Saməddin Şamil oğlu 02 oktyabr 1978-ci ildə Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhəri, 3 nömrəli tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1993-cü ildə orta təhsilini Calut kənd tam orta məktəbində davam etdirib. 1996-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1998-ci ildə müddətli həqiqi hərbi xidmətini müvəffəqiyyətlə bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oğuz rayonunun Calut kənd qəbirstanlığında dəfn edilib.  Ailəli idi. Bir oğlu və bir qızı var. Ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, və "Kəlbəcərin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

                                                                         Orucov Nemət Əkbər oğlu

                                                                                   (1994-2020)

Orucov Nemət Əkbər oğlu oğlu 15 noyabr 1994-cü ildə anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2001-ci ildə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin (ATU) ekologiya mühəndisliyi fakültəsində qəbul olunan Nemət 2016-cı ildə universiteti yüksək nailiyyətlərlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini kəşfiyyatçı olaraq başa vuran Nemət Orucov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirib. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət edib. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
      Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nemət Orucov sentyabrın 27-də Xocavənd döyüşləri zamanı rayonda yerləşən Nərgiztəpə ərazisində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 28 sentyabr 2020-ci ildə Goranboy rayonunun Qaraçinar kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,  "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

                                                                     Muxtarov Taleh Həşim oğlu

                                                                               (1985-2020)

Muxtarov Taleh Həşim oğlu 01 dekabr 1985-ci ildə Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. 1991-ci ildə Kəlbəcər rayon Kəndyeri kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Muxtarovlar ailəsi Goranboy rayonunun Xanqərvənd kəndində yaşamağa başlayıblar. Orta təhsilini Goranboy rayonunun Xanqərvənd kəndində davam etdirib. 2003 ildə həmin məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vuran Taleh Muxtarov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 07 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 07 oktyabr 2020-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

                                                                    Abdullayev Həsən Aydın oğlu

                                                                              (1990-2020)

Abdullayev Həsən Aydın oğlu 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Abdullayevlər ailəsi İsmayıllı rayonunun Quşencə kəndində yaşamağa başlayıblar. Orta məktəbi İsmayıllı rayonunun Quşencə kəndində oxuyub. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Həsən Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi. 02 oktyabr 2020-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

                                                                    Abdullayev Şəhriyar Kamil oğlu

                                                                                    (1987-2020)

Abdullayev Şəhriyar Kamil oğlu 02 mart 1987-ci ildə  anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 1994-cü ildə Tərtər şəhəri Cəmilli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1998-ci ildən 73 saylı tam orta məktəbində təhsilini davam etdirib. 2005-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
2007-ci ildə Ağcəbədi rayonunun N saylı hərbi hissəsindədə hərbi xidmətini başa vuran Şəhriyar Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2013-cü il tarixindən etibarən Xüsusi Təyinatlı Qüvvələr sırasına daxil olub.
    2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Şəhriyar döyüşdə yaxından iştirak edib.
     Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
     13 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 2 qızı yadigar qaldı. 13 oktyabr 2020-ci ildə Daşkəsən rayonu Şəhidlər Xiyabanında dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixində "Hərbi xidmətlərə görə" və 24 iyun 2021-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

                                                                          Bayramov Samir Elxan oğlu

                                                                                     (1996-2020)

Bayramov Samir Elxan oğlu 15 avqust 1996-cı ildə Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə orta məktəb 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi  müvəffəqiyyətlə bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Samir Bayramov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Artıq 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı gizir kimi fəaliyyətə başlamışdır. Azərbaycan Ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
     Sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
    15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. 
                                                                      Bəylərov Seymur Səlyəddin oğlu 
                                                                                      (1996-2020)           
Bəylərov Seymur Səlyəddin oğlu 24 iyun 1996-cı ildə Samux rayonunun Qarayeri kəndində anadan olub. 2003-cü ildə Samux rayonu Qarayeri kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə Naxçıvan MR-in N saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 28 sentyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 28 oktyabr 2020-ci ildə Samux rayon Qarayeri kəndində dəfn edilib.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.  
                                                                       Həsənli Zərimxan Rafiq oğlu 
                                                                                    (2001-2020)
Həsənli Zərimxan Rafiq oğlu 07 dekabr 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2007-ci ildə Tərtər rayon Bəyimsarov kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
2020-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Zərimxan Həsənli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
    Azərbaycan Ordusunun əsgəri olan Zərimxan Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində artilleriya komandasında iştirak etmişdir. Füzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə  qumbaraatan olaraq vuruşmuşdur.
     11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
    15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixində "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
                                                                             Qabilov İsmayıl Əli oğlu 
                                                                                       (1983-2020)
Qabilov İsmayıl Əli oğlu  15 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1990-cı ildə Kəlbəcər şəhər Mozqaraçanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərində yaşamağa başlayıblar. Orta təhsilini Gəncə şəhər 8 saylı tam orta məktəbdə davam etmişdir. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran İsmayıl Qabilov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Sentyabrın 27-i Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Uzun müddətdən sonra nəşi tapılaraq ailəsinə təhvil verilmişdir. 05 dekabr 2020-ci il tarixində Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.                                                                   
                                                                      Həsənli Seymur Qələndər oğlu 
                                                                                       (1993-2020)
Həsənli Seymur Qələndər oğlu 09 noyabr 1993-cü ildə Yevlax rayonunun Nurallar kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2000-ci ildə  Yevlax şəhər Malbinəsi kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Seymur Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Noyabr ayının 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 11 noyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
       15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.                         
                                                                   Hüseynzadə Elgiz İbrahim oğlu 
                                                                                 (2001-2020)
Hüseynzadə Elgiz İbrahim oğlu 08 oktyabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2008-ci ildə Tərtər rayon 68 saylı Bəyimsarov kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2020-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Elgiz 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgiz Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
       22  oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi.  9 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.                                                             
                                                                          İlyasov Bəhrəm Nizam oğlu 
                                                                                      (1998-2020)
İlyasov Bəhrəm Nizam oğlu 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2004-cü ildə Şəhid Binadar Məmmədov adına Bərdə şəhər Yeni Əyricə kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirmişdir.
2017-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ildə Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı kimi başa vuran Bəhrəm İlyasov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə getmiş və hərbi xidmətə çağırılmışdır. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir.
   Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində böyük şücaət göstərib. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
     Subay idi. 13 oktyabr 2020-ci ildə Bərdə rayon Nəcəfqulubəyli kəndində dəfn edilib.
    15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.                                                               
                                                                    Mönsümzadə Orxan Səfiyar oğlu
                                                                                   (1993-2020)

Mönsümzadə Orxan Səfiyar oğlu 17 sentyabr 1993-cü ildə Bərdə şəhər 2-ci Ərəb Çadır şəhərciyində anadan olub. 1999-cu ildə Ağdam 106 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta təhsilini Ağdam rayon Baharlı qəsəbə məktəbində davam etdirib. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2013-cü ildə Naxçıvan MR-nın “N” saylı hərbi hissədə hərbi xidmətini başa vuran Orxan hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2014-cü ildən etibarən xidmətini Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir. 2016-cı il aprel ayından başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Orxan Mönsümzadə əməliyyatlarda yaxından iştirak etmişdir.
     Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Topçu olan Orxan Mönsümzadə sentyabrın 28-də Ağdam istiqamətində qəhrəmancasına şəhid olub. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər Cəyirli kəndində dəfn edilib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                                                      Musayev Murad Polad oğlu

                                                                                                 (2001-2020)

Musayev Murad Polad oğlu 01 oktyabr 2001-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olub. 2008-ci ildə Bərdə şəhərində yerləşən “Kəlbəcər rayon 26 saylı tam orta məktəb”inin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirdikdən sonra. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Murad 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Murad Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
29 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər İmirli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.

                                                                                    Rzayev Ülfət Novruz oğlu

                                                                                               (2000-2020)

Rzayev Ülfət Novruz oğlu 11 fevral 2000-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2007-ci ildə Kəlbəcər rayon 68 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
05 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 13 noyabr 2020-ci ildə Tərtər rayon Cəmilli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

                                                                                 Verdiyev Eldəniz Rabil oğlu

                                                                                             (1999-2020)

Verdiyev Eldəniz Rabil oğlu 04 oktyabr 1999-cu ildə Göygöl şəhərində anadan olub. 2005-ci ildə 1 saylı Kəlbəcər rayon 107 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirmişdir. 2017-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Qəbələ rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Eldəniz hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin sentyabr ayından etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir.
Eldəniz Verdiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. Uzun müddət nəşi tapılmamışdır. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılır və ailəsinə təhvil verilir. 05 iyun 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.

                                                                                  Məhərrəmli Fuad Füzuli oğlu 

                                                                                                  (2001-2020)

Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2007-ci ildə Bakı şəhər Suraxanı rayon Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Fuad hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun əsgəri olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib. 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                                                Əhmədov Əhmədxan Məzahir oğlu 

                                                                                               (1999-2020)                                                                                              

Əhmədov Əhmədxan Məzahir oğlu 01 fevral 1999-cu ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2006-cı ildə Gəncə şəhərində yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2020-ci il ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                              Mustafayev Əlzamin Baxış oğlu

                                                                          (1999-2020)

Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                                 Tağıyev Eşqin Asif oğlu 

                                                                         (1998-2020)

Tağıyev Eşqin Asif oğlu 18 mart 1998-ci ildə Daşkəsən rayonunun Zəylik kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tağıyevlər ailəsi Göygöl rayonunun Üçtəpə kəndində məskunlaşıblar. 2004-cü ildə Göygöl rayonunda yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirib.
2016-cı ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə hərbi xidmətini başa vuran Eşqin Tağıyev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərmişdir.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında XTQ-nin dəstəsində Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 30 oktyabr 2020-ci il tarixdə Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 01 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.  

                                                              Mustafayev Elnur Nəcəf oğlu

                                                                        (2002-2020)

Mustafayev Elnur Nəcəf oğlu 09 fevral 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhər 135 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirib. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Elnur 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Sumqayıt rayonunda, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edir. 30 oktyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən Qırmızı Bazar istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 31 oktyabr 2020-ci ildə Bakı şəhər, Binəqədi rayon, Sulutəpə qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

                                                           Həmzəyev Şəhriyar Elman oğlu

                                                                           (2001-2020)

Həmzəyev Şəhriyar Elman oğlu 01 mart 2001-ci ildə Yevlax şəhərində anadan olub. 2008-ci ildə orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Şəhriyar 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 29 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 30 oktyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilmişdir.

                                                             Heydərov Qismət İsmayıl oğlu

                                                                        (2002-2020)

Heydərov Qismət İsmayıl oğlu 20 iyul 2002-ci ildə Goranboy rayonunun Erkəc kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2008-ci ildə Goranboy rayon Erkəc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-2019-cu illərdə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə orta məktəbi bitirib. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Qismət 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Qismət Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 04 oktyabr 2020-ci ildə Goranboy rayonunun Yolqulular kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                          Məhəmmədli İsmayıl Mahir oğlu

                                                                         (1996-2020)

Məhəmmədli İsmayıl Mahir oğlu 01 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbi Gəncə şəhərində oxuyan İsmayıl 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində gizir kimi davam etdirib. Azərbaycan Ordusunun giziri olan İsmayıl Məhəmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 14 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                     Məmmədov Elşən Dağıstan oğlu

                                                                     (1996-2020)

Məmmədov Elşən Dağıstan oğlu 06 fevral 1996-cı ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tərtər rayon 66 saylı Buruc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Elşən Məmmədov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2019-cu ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.
Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 19 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 20 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qazaxlar kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                       Rəhimli Bəxtiyar Nəsimi oğlu

                                                                    (2001-2020)

Rəhimli Bəxtiyar Nəsimi oğlu 18 mart 2001-ci ildə Tərtər rayonunda anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbə Tərtər rayonunda oxuyan Bəxtiyar 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 05 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 07 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

                                                            Hüseynov Mirzə Xəlfə oğlu

                                                                      (1991-2020) 

Hüseynov Mirzə Xəlfə oğlu 03 aprel 1991-ci ildə Kəlbəcər rayonunun Çayqovuşan kəndində anadan olub. Orta məktəbə Göygöl rayonunda Mirzə 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Ailəli idi. 31 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. 

 

                                                                          Əliyev Arif Ağalar oğlu

                                                                                  (1983-2021)

Əliyev Arif Ağalar oğlu 26 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1990-cı il tarixində Kəlbəcər rayonunun Susuzluq kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əliyevlər ailəsi Göygöl rayonunda yaşamağa başlayıblar. Orta təhsilini Göygöl rayonunda davam etdirib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Universitetə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Daha sonra Kəlbəcər rayon Susuzluq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində çalışan Arif Əliyev 04 iyun 2021-ci il tarixində rəsmi olaraq Kəlbəcər rayon Susuzluq kəndinə səfəri zamanı düşmənin təxribatı nəticəsində minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Ailəli idi. 05 iyun 2021-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.

                                                          Həsənov Zabil Məhəmməd oğlu

                                                                        (1983-2020)

Həsənov Zabil Məhəmməd oğlu 01 iyun 1983-cü ildə Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Həsənovlar ailəsi Tərtər rayonunun Həsənqaya kəndində yaşamağa başlayıblar. Orta təhsilini heç bir yerdə oxumayıb. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Şakir hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında hərbi şəhid və yaralılara kömək edərkən düşmənin atdığı artilleriya nəticəsində şəhid olub. Ailəli idi. 01 oktyabr 2020-ci ildə Tərtər rayon Sarıcalı kəndində dəfn edilib.

                                                             Zamanov Şakir Xasay oğlu

                                                                       (1988-2020)

Zamanov Şakir Xasay oğlu 25 aprel 1988-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində anadan olub.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Zamanovlar ailəsi Goranboy rayonunun Qaradağlı kəndində yaşamağa başlayıblar. Orta təhsilini Goranboy rayon Qaradağlı kənd tam orta məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Şakir hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında hərbi şəhid və yaralılara kömək edərkən düşmənin atdığı artilleriya nəticəsində şəhid olub. Ailəli idi. 16 oktyabr 2020-ci ildə Tərtər rayon Sarıcalı kəndində dəfn edilib.

 

Keçidlər