Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Abdullayev Şəhriyar Kamil oğlunun ildönümündə Daşkəsən rayonunda şəhidin xatirəsinə inşa edilən bulaq kompleksinin açılış mərasimində iştirak edib.

13 oktyabr 2021 | 16:00

   13 oktyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, Millət vəkilinin köməkçisi, rayon idarə-müəssisə rəhbərləri və Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin iştirakı ilə Vətən müharibəsi zamanı şəhid olan Abdullayev Şəhriyar Kamil oğlunun  ildönümü ilə əlaqədar Daşkəsən rayonu Şəhidlər xiyabanında məzarı ziyarət olunmuş, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
   Daha sonra Daşkəsən rayonunun Bayan kəndində şəhidin xatirəsinə inşa edilən bulaq  kompleksinin açılış mərasimi keçirilmişdir.
Mərasimdə şəhid ailələri, qazilər, ağsaqqallar , ziyalılar və rayon sakinləri iştirak etmişdir.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolundan danışıb. Vurğulayıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi heç bir  zaman unudulmayacaq.
   Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və şəhid valideynləri çıxış etmiş, məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
   Sonda şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətirib, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
   Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

 

Keçidlər