Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

KƏLBƏCƏR RAYON MƏRKƏZİ XƏSTƏXANASI

Kəlbəcər MRX publik hüquqi şəxs,

Baş direktor: Əliyeva Səadət  Mədət qızı 

Əlaqə telefonları: (022) 58-20-49, 050-686-10-18

1993-cü ili aprel ayının 2-də  Kəlbəcər rayonu ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 76 səhiyyə obyekti zəbt olunmuş, rayonun digər müəssisələri kimi dağıdılmışdır. Həmin dövrdən hal-hazıradək Mərkəzi xəstəxana Gəncə şəhər, Gülüstan qəsəbəsi, 7 nömrəli Sovxoz ərazisində “Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi” tərəfindən kirayələnmiş ərazidə fəaliyyət göstərir.  Mərkəzi Xəstəxana əsasən Gəncə şəhərində eləcə də Göygöl, Samux, Goranboy, Daşkəsən, Şəmkir rayonlarında müvəqqəti məskunlaşmış 29800 nəfərə tibbi xidmət göstərməklə yanaşı, Respublikanın digər rayonlarında məskunlaşmış vətəndaşlarımızın tibbi xidmətlə bağlı problemlərini yerli səhiyyə şöbələri ilə birlikdə həll edir. Mərkəzi Xəstəxana hal-hazırda 70 çarpayılıqdır. Xəstəxana stasionar və polikilinika şəklində fəaliyyət göstərir. Stasionar şöbələri-Terapiya, cərrahiyyə, mama-ginekologiya, uşaq və infeksion şöbələrdən ibarətdir. Polikilinikada nevropotoloq, endekrinoloq, stomotoloq, dəri-zöhrəvi, oftolmoloq, kardioloq, psixiatr ankoloq, lor həkimi, fiziatr kabinetləri, klinik –diaqnostik laboratoriya mövcuddur. Xəstəxanada  şüa-diaqnostika kabinetləri ( rentgen və USM) mövcud olsada, müvafiq ixtisaslı  həkimlər olmadığına görə fəaliyyət göstərmir.
       Təcili yardım kabineti 3 həkim və 10 orta və kiçik tibb işçisindən ibarət tərkibi ilə xəstəxanada və Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən məntəqədə  fəaliyyət göstərir.

Keçidlər