Şriftin ölçüsü :

Saytın rəngi :

Şuranın tərkibi

AZƏRBAYCAN RESPUBLİKASI 
   KƏLBƏCƏR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

S Ə R Ə N C A M I

 

№ 5-55/3-2-01/2026                                                                                    12 yanvar 2026-cı il

 

Kəlbəcər rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında             

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nın yeni redaksiyada verildiyini nəzərə alaraq qərara alıram:          

   1. Kəlbəcər rayon İcra hakimiyyətinin Apellyasiya Şurasının yeni tərkibi aşağıdakı üzrə təsdiq edilsin:Apellyasiya  Şurasının  sədri : Fərqanə Əhmədova –  RİH başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər                                       şöbəsinin müdiri                                                Apellyasiya  Şurasının  üzvləri : 

Elnur Hüseynzadə –    Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini- 

                                     Ərazi - təşkilat məsələləri sektorunun müdiri

Tural Oruczadə –         Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini- 

                                     Müharibə iştirakçıları və  şəhid ailələri ilə işin təşkili sektorunun müdiri

Eldəniz Mamedov –     Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti       

                                     məsələləri sektorunun müdiri

Faiq Mehdiyev –           Hüquq və kadr məsələləri sektorunun müdiri

  1. Kəlbəcər rayon İcra hakimiyyətinin Apellyasiya Şurasına (Fərqanə Əhmədova) tapşırılsın ki, öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələri və “Yerli İcra hakimiyyətlərinin Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməsi”ni rəhbər tutsun.

 

            Kəlbəcər rayon İcra

            Hakimiyyətinin başçısı :                                                                           Azər Qocayev

Keçidlər