İcra Hakimiyyəti
Vətəndaşlara göstərilən xidmətlər və tələb olunan sənədlər
Məcburi köçkün statusunu təsdiq edən arayışın verilməsi üçün tələb olunan sənədlər.
- Şəxsin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
- Hərbi biletin əsli və surəti və pasport qeydiyyatı haqqında arayış;
- Kəlbəcər RİH başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən arayış;
- Nikah haqqında şəhadətnamənin surəti (evli qadınlar üçün);
- 02 aprel 1975-ci ildən sonra doğulan şəxslər üçün valideynlərinin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, vəfat edibsə ölüm haqqında şəhadətnamələrinin surəti ;
- Digər sənədlər;
Qəyyumluq və himayəçiliklə bağlı müraciət edən vətəndaşlardan tələb olunan sənədlər
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyum təyin edilməsi üçün rayon/şəhər İcra Hakimiyyətlərində Qəyyumluq və Himayəçilik Komissiyası fəaliyyət göstərir. Qəyyum olmaq istəyən şəxs ərizə ilə rayon İcra Hakimiyyətinə aşağıdakı sənədlərlə birlikdə müraciət etməlidir.
- İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə;
- Qəyyumun və ya himayəçinin tərcümeyi-halı;
- İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;
- Yaşayış yerindən 2 saylı forma arayış;
- Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. notariat qaydada təsdiq edilmiş surətləri);
- Qəyyumluğa və ya himayəçiliyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq ərizələri;
- Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;
- Qəyyumluğa və ya himayəçiliyə götürənin şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
- Qəyyumluğa və ya himayəçiliyə götürənin nikah haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;
- Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın təhsil alması barədə arayış;
- 10 yaşından yuxarı uşağın razılıq ərizəsi;
Qəyyum və ya himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar.
Şəhid ailə üzvünün mənzil növbəsinə qeydiyyata alınması üçün
tələb olunan sənədlərin siyahısı
- _____(Şəhidin adı)______ oğlunun_________tarixdə Qarabağ Müharibəsində Şəhid olması barədə Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı (əsli); Qeyd: Əgər Şəhid mülkidirsə arayış İcra Hakimiyyəti tərəfindən verilir.
- Şəhid ailəsi vəsiqəsinin surəti;
- Ailənin şəhid ailəsi kimi Prezident təqaüdü alması haqqında DSMF-nin Kəlbəcər rayon şöbəsindən arayış (əsli);
- Şəhidin ölüm kağızının surəti;
- Şəhid ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti (ata, ana, həyat yoldaşı, övladları);
- Növbəyə dayanan Şəhid ailə üzvü üçün yaşayış yerindən və ailə tərkibi haqqında arayış (1. Qeydiyyatda olduğu nümayəndəlikdən; 2. Yaşadığı ərazidən) - (əsli);
- Növbəyə dayanan Şəhid ailə üzvünün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən adına ev olmaması barədə arayış (əsli);
8. Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının üzərinə ərizə ilə müraciət.
Müharibə əlillərinin mənzil növbəsinə qeydiyyata alınması üçün
tələb olunan sənədlərin siyahısı
- ____(Müharibə əlilinin soyadı,adı,atasının adı)_oğlunun____tarixdə Vətən Müharibəsində əlil olması barədə Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı (əsli); ASAN xidmətdən almaq olur.
- Əlilliyi təsdiq edən sənədin surəti;
- Müharibə əlilinin Prezident təqaüdü alması haqqında DSMF-nin Kəlbəcər rayon şöbəsindən arayış (əsli);
- Növbəyə dayanan müharibə əlilinin (ailə üzvü üçün) ailə tərkibi barədə olan şəxslərin şəxsiyyət vəsiqələrinin surəti (ata, ana, həyat yoldaşı, övladlar);
- Növbəyə dayanan müharibə əlilinin ailə üzvü üçün yaşayış yerindən və ailə tərkibi haqqında arayış (1. Nümayəndəlikdən; 2. Yaşadığı kənd nümayəndəliyindən) - (əsli);
- Növbəyə dayanan müharibə əlilinin ailə üzvünün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən adına ev olmaması barədə arayış (əsli);
- Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının üzərinə ərizə ilə müraciət.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların
S İ Y A H I S I
Fiziki şəxs üzərində patronajın təyin edilməsi
Xidmət üzrə lazım olan sənədlər
1.Fiziki şəxsin sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığını təsdiqləyici sənədlər
2.Patronajda olmaq istəyən fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti
3.Patronajda olmaq istəyən fiziki şəxsin notariat qaydasında razılıq ərizəsi
4.Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun şəxsiyyət vəsiqəsinin surəti
5.Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi himayəçinin notariat qaydasında razılıq ərizəsi
6.Patronajda olmaq istəyən fiziki şəxsin ərizəsi
Yaşayış sahəsinə ehtiyac olan qismində vətəndaşların uçota alınması
Xidmət üzrə lazım olan sənədlər
1.İmtiyazı təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti
2.Doğum şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
3.Nikah şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
4.Vətəndaşın mülkiyyətində mənzil və ya torpaq sahəsinin olub -olmaması barədə arayış
5.Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surəti
6.Arayış-Forma 2 (İcra nümayəndəliyindən, MİS-dən, Kooperativ binalardan)
7.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (18 yaşından yuxarı öz ailə üzvlərinin hər birinin adına)
8.Yerli Bələdiyyədən arayış ( adlarına torpaq sahəsi olub-olmaması barədə-18 yaşından yuxarı öz ailə üzvlərinin hər biri)
9.2 №-li forma üzrə arayışda olan ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri
10.Ailə üzvlərindən işləyən varsa iş yerindən mənzil növbəliliyində olub- olmaması barədə arayış
11.Uşaqların doğum şəhadətnamələrinin surəti
12.Mənzilin, evin qeydiyyat vərəqəsi
13.Əlillik barədə Tibbi-sosial ekspert komissiyası arayışının surəti
14.Əlillik vəsiqəsi və ya Şəhid ailəsi vəsiqəsinin surəti
15.Mənzilin orderi
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
Xidmət üzrə lazım olan sənədlər
1.Himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar
2.Himayəçi üçün yaşayış yerindən 2 saylı forma arayış
3.Yetkinlik yaşına çatmayanın razılıq ərizəsi
4.Himayəyə götürülən şəxsin valideynlərinin şv-nin surəti
5.Himayəçi adından İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə
6.Himayəçinin tərcümeyi-halı
7.Himayəyə götürülənin yaxın qohumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri
8.Himayəyə götürənin nikah haqqında şəhadətnaməsinin surəti
9.Himayəyə götürülənin təhsil alması barədə arayış
10.Himayəçi üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə (işləyirsə)
11.Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsinin surəti
12.Himayəyə götürülənin doğum haqqında şəhadətnaməsinin surəti
13.Himayəyə götürülənin şəxsiyyət vəsiqəsinin surəti
14.Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. surətləri)
Qəyyumluqda Və Himayədə Olanların Əmlakı Barədə Rəy (icazə) Verilməsi
Xidmət üzrə lazım olan sənədlər
1.Qəyyum və ya himayədə olanın şəxsiyyət vəsiqəsinin surəti
2.Qəyyum və ya himayədə olanın doğum haqqında şəhadətnaməsinin surəti
3.Qəyyumluqda və ya himayədə olanın əmlakının sənədlərinin surəti
4.Qəyyum və ya himayəçinin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənədin surəti
5.Qəyyum və ya himayəçinin şəxsiyyət vəsiqəsinin surəti
6.Ərizə
Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notarial hərəkətlərin aparılmasına dair razılığın verilməsi
Xidmət üzrə lazım olan sənədlər
1.Azyaşlının doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti
2.Əmlaka dair sənədlərin surəti
3.Yaşayış yeri və ailə tərkibi haqqında arayış
4.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
5.Ərizə
Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
Xidmət üzrə lazım olan sənədlər
1.Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə)
2.Valideynlərdən vəfat edən varsa ölüm haqqında şəhadətnamənin surəti
3.Uşağın doğum haqqında şəhadətnaməsinin surəti
4.10 yaşı tamam olmuş uşağın razılıq ərizəsi
5.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
6.Ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri
7.Valideynlərin rəsmi nikahda yaşamasını təsdiq edən şəhadətnamənin surəti (boşanma varsa, nikahın ləğv edilməsi haqqında, valideynlərdən biri vəfat edibsə, ölümü haqqında şəhadətnamənin surəti)
8.Valideynlərin notariat qaydasında təsdiq olunmuş birgə ərizəsi
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
Xidmət üzrə lazım olan sənədlər
1.Qəyyumluğa götürülən uşağın doğum haqqında şəhadətnaməsinin surəti
2.Qəyyumluğa götürülənin yaxın qohumlarının notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri
3.Qəyyumun tərcümeyi-halı
4.Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmənin qətnaməsi
5.Qəyyum üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə)
6.Qəyyum üçün iş yerindən xasiyyətnamə (işləyirsə)
7.Qəyyumluğa götürülən uşağın təhsil alması barədə arayış
8.Qəyyum üçün yaşayış yerindən 2 saylı forma arayış
9.Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. surətləri)
10.Qəyyum adından İcra Hakimiyyəti başçısının adına notariat qaydasında təsdiq edilmiş ərizə
11.10 yaşından yuxarı uşağın razılıq ərizəsi
12.Qəyyumun sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar
13.Qəyyumun nikah haqqında şəhadətnaməsinin surəti
14.Qəyyum götürənin şəxsiyyət vəsiqəsinin surəti
Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması
Xidmət üzrə lazım olan sənədlər
1.Ərizə
2.Ölüm haqqında şəhadətnamə
3.Təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyət vəsiqəsi






